KÖŞƏ

Cavid Əkbərov

Ə.Kərimlinin demokratiyadan danışması absurddur

07 dekabr 2021 22:15
4784

AXCP-nin yarıtmaz sədri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfəri həzm edə bilmir

Bu gün Azərbaycan sosial-iqtisadi sferanın bütün sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik və müstəqil dövlət quruculuğu prosesində böyük nailiyyətlərlə müşayiət olunur. Təəssüf ki, bütün bu nailiyyətləri radikal müxalifət qısqanclıqla qarşılayır. Bu antimilli ünsürlər Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar.

Dağıdıcı düşərgənin “başbilənlərindən” biri olan AXCP sədri Əli Kərimli isə şəxsi “Facebook” səhifəsində Azərbaycan hökumətinin şər-böhtan atmaqda davam edir. Belə ki, AXCP-nin yaramaz sədri son günlər “Facebook” səhifəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu həyasızcasına müdafiə edən yalan məlumatlar paylaşaraq hökuməti demokratik prinsipləri pozmaqda günahlandırır.

Dağıdıcıların ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş çağırışları təbii ki, xalqımızı hiddətləndirir. Çünki cəmiyyətimiz çox yaxşı bilir ki, Ə.Kərimlinin humanizm haqda danışdıqları, yazdıqları iftiradan başqa bir şey deyil. Əslində Ə.Kərimli Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfəri həzm edə bilmir. Azərbaycanı gözdən salmaq üçün dəridən-qabıqdan çıxmaqla torpağımıza göz dikən ermənilərə, yəni Vətənimizin sərvətlərini talan edənlərə kömək edir.

Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digər dağıdıcı ünsürlərin əsas məqsədi müxtəlif bəhanələr gətirərək ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır. Çünki onlar iqtidara qarşı başqa heç cür mübarizə apara bilmirlər. Ölkədə demokratik, sosialyönümlü siyasətin həyata keçirilməsi və s. bu kimi mühüm addımları görən radikal müxalifət yaxşı bilir ki, onların əlində iqtidarı tənqid etmək üçün əsaslı səbəb yoxdur. Məhz bu səbəbdən də xaricdəki ağalarının göstərişi ilə hər vəchlə aranı qarışdırmağa çalışır, ölkədə xaos, anarxiya mühiti yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.