KÖŞƏ

Şəmsiyyə Əliqızı

Dağıdıcı düşərgə: açılır sandıq, tökülür pambıq

23 oktyabr 2018 22:09
7685

«Boş çəllək danqıldayar» deyiblər. Dağıdıcı ünsürlər də zaman-zaman danqıldamaqla özlərinin varlıqlarını göstərmiş olurlar. Bununla da guya gündəmə gəlirlər. «Milli Şura» sədri Cəmil Həsənlinin bildirdiyinə görə, artıq yeddi aydan çoxdur ki, Qurban Məmmədov özünəməxsus və özükimilərin qonaq olduğu  «Azerifreedom»” internet kanalında Cəmil Həsənlini və Əli Kərimlini təhqir edir, böhtanlar atmaqdan çəkinmir. Son günlər hətta irəliyə gedərək Gültəkin Hacıbəyli haqqında da nəlayiq sözlər işlədib. Bundan pəjmürdə olan Cəmil Həsənli sosial şəbəkə vasitəsilə onun cavabını verib. Ancaq o cavabla ürəyi soyumayan «Milli Şura» sədri yenidən Qurban Məmmədovu top atəşinə tutub. Amma bu top atəşindən çox üzrxahlıq çıxışına bənzəyib. Bildirib: «Bütün ömrü boyu bu adamın işi öz "dostlarının" əleyhinə "kompromat" toplamaq olub. Onun topladığı "kompromat" qovluqlarını üst-üstə yığsan boyundan çox-çox hündür olar. Deməli, Pənah Hüseyn baş nazir işləyəndə kabinetinin arxasındakı məxfi danışıqlar otağının açarını təkcə Qurbana etibar etmişdi. O, da bu "etimadı" yüksək qiymətləndirərək Pənah bəyin məxfi danışıqlarını dinləmək üçün gətirib orada səsyazma aparatı quraşdırmışdı.»

Guya Gültəkin xanımı müdafiəyə qalxan C.Həsənli iç üzünü bir daha ortaya qoydu. Belə ki, bu insanın kompromat ustası olduğu bəlli olduqdan sonra nələrin açılacağından təşvişə düşərək günahsızılıq donuna bürünərək qabaqdan gəlmişlik etməyə başlayıb. Əvvəlcə Qurban Məmmədovui şər və böhtan atmaqda suçlasa da, çıxış arası, acizanə şəkildə mesaj ötürür ki, biz Aslan Aslanova heç bir məlumat -zad ötürməmişik  söhbət sizdən çıxıb, o da variant kimi istifadə edir. Bununla da özünü Qurban Məmmədovun yanında təmizə çıxarmaq istəyir. Nə olar, nə olmaz. Birdən Qurbanın beyni çönər kompramatları açıb tökər. Ermənilərdən aldıqları sədəqələr faktlarla qoyular ortalığa.

Göründüyü kimi, bu mənasız insanların nə işləri işdi, nə də əlləri boşdu. Hər gün bir hoqqa ilə gündəmə gəlməyi özlərinə ar saymırlar.

Bu məlunlar bir həqiqəti görməzdən gəlirlər ki, xalq artıq radikalların dabbaqda gönünə də bələddir. Onların şirin  yalanlarına inanacaq qədər sadəlövh deyil. Antimilli ünsürlərin, «sapı özümüzdən olan baltalar»ın Azərbaycan xalqı və dövlətinə qarşı xəyanətkar mövqeyinin, ermənilərlə eyni cəbhədə yer almasının dəfələrlə şahidi olub. Xalqının mənafeyini düşmənlərə satmağa öyrəncəli olan dağıdıcı düşərgə xalqın və dövlətin maraqlarını tapdalamağa hazır olduqlarını hər zaman utanmadan sərgiləyiblər. Ölkəmizdə reallaşan beynəlxalq səviyyəli tədbirlər zamanı Azərbaycan xalqı bunun dəfələrlə  şahidi olub. Onlar bütün dönəmlərdə antiazərbaycan qüvvələrin verdikləri sədəqə müqabilində bütün havalara oynamağa hazır olduqlarını nümayiş etdiriblər.

 Bu gün də iyrənc əməllərindən geri qalmayan bu məlunlar hələ də xəyanətlə böhtanı biri-birindən ayıra bilmirlər.