08 avqust 2026 19:27
102

Norilsk hava limanında Boeing 737 təyyarəsi uçuş-enmə zolağından çıxıb

Norilsk (Rusiya) hava limanında "Boeing 737" yük təyyarəsi eniş edərkən uçuş zolağından kənara çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, "Sibir" aviaşirkətinə məxsus təyyarə Moskva (Domodedovo) - Norilsk marşrutu üzrə reys həyata keçirirdi.

Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir. Təyyarənin göyərtəsində iki ekipaj üzvü, həmçinin yük olub. Xəsarət alan yoxdur. Hava gəmisi zədələnib, dəyən zərər müəyyənləşdirilir.

Aviaşirkət tərəfindən uçuşların təhlükəsizliyi haqqında qanunvericiliyə riayət olunması ilə bağlı yoxlamaya başlanılıb.