08 avqust 2026 19:51
99

Oman XİN: İranla Hörmüz boğazı üzrə danışıqlar müsbət atmosferdə keçir

Oman və İran arasında Hörmüz boğazında naviqasiya qaydaları ilə bağlı danışıqlar müsbət və konstruktiv bir atmosferdə gedir.

“İki sahil” xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Hazırda Hörmüz boğazında gəmiçilik mexanizmləri ilə bağlı aparılan danışıqlar müsbət və konstruktiv atmosferdə davam edir”, – deyə mətndə qeyd olunub.

Qurum danışıqlara və əldə olunmuş irəliləyişə təsir göstərə biləcək hər hansı addımdan “çəkinməyin vacibliyini” vurğulayıb.