08 avqust 2026 20:07
90

Zülqədr: ABŞ-nin siyasəti dəyişməsə, Hörmüz boğazı açılmayacaq

ABŞ İrana qarşı siyasətini, atdığı addımları dəyişməsə, Hörmüz boğazı açılmayacaq.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib.

"Amerika davranışını düzəltməyənə qədər Hörmüz boğazı açılmayacaq", - o bildirib.

Zülqədrin sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurası müharibə və danışıqlarda tutduğu mövqedən geri çəkilməyəcək.

Xatırladaq ki, Hörmüz boğazına nəzarətlə bağlı İran ilə ABŞ arasında danışıqlar aparılır. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, tərəflər Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar.