Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Prezident İlham Əliyev müharibədə qalib gəldi, həm də sülhü qazandı! Vaşinqton Sülh Sammitindən bir il ötür”.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
President Ilham Aliyev — won the war, but also won the peace!
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 8, 2026
One year since the Washington Peace Summit. pic.twitter.com/B7tuoD3rwh