08 avqust 2026 20:00
104

Paşinyan və Tramp TRIPP layihəsinin icrasının cari vəziyyətini müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan İrəvan və Bakı arasındakı sülh prosesinə göstərdiyi dəstəyə, xüsusən də 2025-ci il avqustun 8-də Vaşinqtonda Sülh Sammitinin təşkilinə, eləcə də Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş Sülh Bəyannaməsini şahid qismində imzaladığına görə Trampa təşəkkür edib.

Paşinyan iki dövlət arasında sülhün bərqərar olmasında Donald Trampın şəxsi səylərinin həlledici əhəmiyyətini vurğulayıb.

Həmsöhbətlər Vaşinqton razılaşmalarının Ermənistan və Azərbaycan arasında iki ölkə xalqlarının gördüyü və hiss etdiyi real sülhə gətirib çıxardığını məmnunluqla qeyd ediblər. Telefon danışığı zamanı həmçinin TRIPP layihəsinin icrasının cari vəziyyəti müzakirə olunub.

Ermənistanın Baş naziri və Amerika lideri yaxın gələcəkdə TRIPP çərçivəsində infrastrukturun tikintisi üzrə işlərə başlamaq əzmində olduqlarını təsdiqləyiblər. Həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətləri və beynəlxalq gündəliyin digər məsələləri də müzakirə edilib.