Sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Britaniyanın Feyrford avtobazasının ətrafında saxlanılan beş nəfərin hamısı Böyük Britaniya vətəndaşlarıdır.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Saxlanılan kişilərin yaşları 23 ilə 25 arasındadır, onların hamısı Londonda yaşayır. Onlar Partlayıcı Maddələr Qanununu və Terrorizm Qanununu pozmaqda şübhəli bilinirlər. İstintaqı London polisinin Əks-terror bölməsi aparır, bütün saxlanılanlar isə nəzarət altında saxlanılırlar. Saxlanılan şəxslərin şəxsiyyəti və mümkün motivləri ilə bağlı digər təfərrüatlar açıqlanmır.
ABŞ Prezidenti Donald Tramp insidentlə əlaqədar bildirib ki, Birləşmiş Ştatlar avtobazaya "ciddi ziyan vurmaq niyyətində olan" saxlanılan şəxslərlə bağlı təhqiqat aparıb.
ABŞ İngiltərənin qərbindəki Qlostershir qraflığında yerləşən Feyrford bazasından İrana qarşı hava zərbələri endirilməsi əməliyyatında istifadə edib. Bölmənin saytında qeyd olunduğu kimi, burada ABŞ-nin 501-ci döyüş təminatı aviaqanadının və 420-ci aviasiya eskadronunun qərargahı yerləşir. Baza ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbələr Komandanlığının "Avropada bombardmançıların yerləşdirilməsi üçün üstünlük verilən qabaqcıl aerodromu" kimi təsvir olunur.
Əczaçılıq şirkətləri Avropanın ABŞ və Çindən geri qaldığı barədə xəbərdarlıq ediblər
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Polşa Ukraynaya verilən silahlara görə Aİ-dən 270 milyon avro kompensasiya alacaq