Yəməndə silahlı münaqişənin gərginləşməsi fonunda iyun ayından bəri 145 mindən çox sakin evlərini tərk edib. Beynəlxalq Miqrasiya Təşkilatının (BMTM) məlumatına görə, son bir həftə ərzində məcburi köçkünlərin sayı təqribən 16 min nəfər artıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Yəmənin qərb sahilində münaqişənin iyun ayında gərginləşməsindən bəri ölkənin səkkiz vilayətində 145 mindən çox insan evlərini tərk etməyə məcbur qalıb. Bu günə olan məlumata əsasən, məcburi köçkün düşmüş yəmənlilərin sayı 145 308 nəfər təşkil edir", – deyə BMTM-dən bildiriblər.
Təşkilat qeyd edib ki, bu rəqəm sentyabrın 21-i ilə müqayisədə 15 870 nəfər çoxdur, yəni cəmi bir həftə ərzində 12%-dən çox artım qeydə alınıb. Yəməndəki qeyri-sabit vəziyyət ailələri həm qərb sahilində, həm də ölkənin cənub rayonlarında evlərini tərk etməyə məcbur edir.
Məcburi köçkünlərin ən çox qəbul edildiyi bölgə Taiz vilayətidir – 81 444 nəfər, yəni ümumi sayın yarıdan çoxu. Bu göstərici bir həftə əvvəlki ilə müqayisədə təxminən 8 min nəfər çoxdur. Taiz vilayəti ilə yanaşı, köçkünlərin sayında ən əhəmiyyətli artım Ədən şəhərində də qeydə alınıb. BMTM hesab edir ki, "vəziyyətin qeyri-sabitliyini nəzərə alaraq, yaxın günlərdə əhalinin yeni yerdəyişmələri ola bilər".
Feyrford avtobazasında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılanlar britaniyalıdırlar
Əczaçılıq şirkətləri Avropanın ABŞ və Çindən geri qaldığı barədə xəbərdarlıq ediblər
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Polşa Ukraynaya verilən silahlara görə Aİ-dən 270 milyon avro kompensasiya alacaq