Səudiyyə Ərəbistanı ayın əvvəlində infrastruktura edilən hücumdan sonra fəaliyyəti müvəqqəti dayandırılmış əsas "Şərq — Qərb" neft kəməri vasitəsilə neft ixracını tamamilə bərpa edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Nəşrdə bildirilir ki, bu marşrut üzrə xammalın nəqli sentyabrın 11-də PUA-ların silsilə zərbələri nəticəsində dayandırılmışdı.
Dövlət şirkəti olan "Saudi Aramco" nəticələri operativ şəkildə aradan qaldırıb və ötən həftə sınaq buraxılışlarını uğurla həyata keçirib.
Bloomberg-in məlumatına görə, bu strateji marşrut üzrə dünya bazarlarına müntəzəm neft tədarükü artıq tamamilə bərpa olunub.
Feyrford avtobazasında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılanlar britaniyalıdırlar
Əczaçılıq şirkətləri Avropanın ABŞ və Çindən geri qaldığı barədə xəbərdarlıq ediblər
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Polşa Ukraynaya verilən silahlara görə Aİ-dən 270 milyon avro kompensasiya alacaq