Avropanın doqquz aparıcı əczaçılıq şirkətinin rəhbərləri ABŞ və Çinlə rəqabətin güclənməsi fonunda hakimiyyət orqanlarını saheyə yatırımlar üçün şərtləri yaxşılaşdırmağa çağırıblar. Açıq məktubu imzalayanlar arasında "AstraZeneca", "GSK" və "Sanofi" də var. Şirkətlər hesab edirlər ki, Avropa yeni dərmanların hazırlanmasında və klinik tədqiqatların aparılmasında mövqelərini itirir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, "AstraZeneca", "Boehringer Ingelheim", "Chiesi Group", "Ipsen", "GSK", "Novo Nordisk", "Novartis", "Roche" və "Sanofi" şirkətlərinin nümayəndələri olan məktub müəllifləri qeyd edirlər ki, son iki ildə ABŞ və Çində 600 milyard dollardan çox əczaçılıq investisiyası elan edilib. Bu müddət ərzində Avropanın qlobal tədqiqat və inkişaf (R&D) bazarındakı mövqeləri daralmağa davam edib. 1990-cı ildə qlobal əczaçılıq R&D-sinin 43%-i regionun payına düşürdüsə, indi bu göstərici 31% təşkil edir.
Avropanın kommersiya klinik tədqiqatlarındakı payı on il ərzində yarıbayarı azalaraq 9%-ə düşüb. Məktubda qeyd olunur ki, bu müddət ərzində Çin klinik tədqiqatların sayı, əczaçılıq patentləri və yeni dərmanların hazırlanması sahəsində regionu qabaqlayıb. Onun müəllifləri hesab edirlər ki, təkcə klinik tədqiqatlar sahəsində ABŞ və Çinlə fərqin azaldılması Avropa evinə 53 milyard avro gətirə və 82 min iş yeri yarada bilər.
Əczaçılıq şirkətləri həmçinin innovativ müalicə üsullarının əlçatanlığına diqqət çəkirlər. Onların məlumatına görə, təsdiq edilmiş yeni müalicə üsullarının təqribən 40%-i Avropadakı pasiyentlər üçün əlçatan olmur. Bazara çıxarılan yeni terapiyalar üçün orta gözləmə müddəti demək olar ki, 600 gün təşkil edir.
Vəziyyəti dəyişmək üçün biznes Aİ-yə klinik tədqiqatların keçirilməsi prosedurlarını sürətləndirməyi, əqli mülkiyyətin qorunmasını təmin etməyi və rəqəmsal sahədə tənzimləməni düzəltməyi təklif edir. Digər bir təşəbbüs Aİ ölkələrinə səhiyyənin və innovativ dərmanların maliyyələşdirilməsində daha çox büdcə çevikliyi verməyi nəzərdə tutur.
Feyrford avtobazasında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılanlar britaniyalıdırlar
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Polşa Ukraynaya verilən silahlara görə Aİ-dən 270 milyon avro kompensasiya alacaq