28 sentyabr 2026 15:16
118

Kənd təsərrüfatında səfərbərlik zəruridir - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko kənd təsərrüfatı sektorunda səfərbərliyin zəruri olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

"Əgər kimsə yığım kampaniyasının başa çatdığını düşünürsə, o, sadəcə olaraq aqrar sahənin adamı deyil. Biz hələ yalnız yarı yolu keçmişik. Rahatlaşmayın, səfərbərlik lazımdır, özü də çox ciddi", – deyə, o, qeyd edib.

Bundan əvvəl Aleksandr Lukaşenko tarlalardakı işlərin keyfiyyətinə görə məmurları tənqid etmişdi.