21 iyul 2025 03:14
136

Rusiyada avtobus 25 metr hündürlükdən aşıb, 14 nəfər ölüb

Yakutiyada (Saxa, Rusiya) növbəli avtobus 25 metr hündürlükdən aşıb.

İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin respublika üzrə mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, qəza nəticəsində, sürücü də daxil olmaqla 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

Avtobusda təxminən 36 nəfərin olduğu bildirilir. Regional Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatlarına görə, avtomobil şərq tərəfdən uçurumdan aşıb. Qəzanın nəticələrinin aradan qaldırılmasına 36 mütəxəssis və 10 texnika cəlb olunub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”