Polşa Prezidenti Andjey Duda sörfinq taxtasının üzərindən iki dəfə dənizə yıxılıb və jurnalistlərin kamerasına düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Fakt" qəzeti məlumat verib.
Məlumata görə, hadisə Dudanın Polşanın Yurata kurortunda istirahəti zamanı baş verib. Dövlət başçısı hüquq-mühafizə orqanlarının əməkdaşlarının mühafizə etdiyi hasarlanmış ərazidə sörfinqlə məşğul olub.
Nəşr bildirib ki, fövqəladə xidmətlərin əməkdaşları dərhal onun köməyinə gəliblər.
Qəzetin qeyd etdiyi kimi, bu əraziyə yaxınlaşan hər kəsə dərhal xəbərdarlıq edilir.
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək