10 oktyabr 2026 18:18
120

NATO Baltikyanın ölkələrin hava müdafiəsini gücləndirir

NATO ölkələrinin komandanlığı Baltikyanı ölkələrin hava məkanının müdafiəsini gücləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə Kanadanın "CBC" telekanalı məlumat yayıb.

Məlumata görə, NATO-nun “yüksəklikdə mühafizə” tədbirlərinin tətbiqi adi hərbi təlimlər kimi qiymətləndirilmir. Latviyanın Müdafiə Nazirliyinin dövlət katibi Airis Rikveylis CBC-yə bildirib ki, Riqa ölkənin şərq sərhədi boyunca pilotsuz uçuş aparatlarından ibarət “divar” yaradır.

CBC qeyd edir ki, Şimali Atlantika Alyansının hərbi planlaşdırıcıları tamamilə keçilməz müdafiə qübbəsinin yaradılmasının “riyazi baxımdan mümkünsüz” olduğunu etiraf edirlər.