Ermənistanda hərbçinin meyiti aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün hərbçinin odlu silah yarası almış meyiti tapılıb.
Qeyd olunub ki, hadisənin başvermə şəraitinin və səbəblərinin aydınlaşdırılması məqsədilə araşdırmaya başlanılıb.
Nazirlik hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Xatırladaq ki, 2026-cı ilin ötən dövründə Ermənistan Ordusunun itkiləri 40-a yaxınlaşır.
Peskov ABŞ və Rusiya prezidentlərinin hansı mövzunu müzakirə etdiklərini açıqlayıb
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi