10 oktyabr 2026 15:24
121

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkizə çatıb, 16 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Zaporojye Regional Müdafiə Şurasının həmsədri İvan Fyodorov özünün “Telegram” kanalında bildirib.

O qeyd edib: “Zaporojyedə hava hücumu nəticəsində ölənlərin sayı səkkizə çatıb. Onların arasında üç uşaq var”.

Fyodorovun sözlərinə görə, yaralıların sayı 16-ya çatıb, onlardan üçü uşaqdır. Yaralılardan ikisinin vəziyyəti ağır, digərlərinin isə orta ağırdır.

Daha 12 nəfərin taleyi hələ də məlum deyil. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Zaporojyedə həlak olanlar üçün oktyabrın 11-də matəm günü elan edilib.