Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişəcəyi ilə bağlı narahatlıqlar var.
“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr yazır ki, Kiyevin avropalı müttəfiqləri ABŞ prezidentinin “yenidən fikrini dəyişəcəyi” təqdirdə Ukraynaya dəstəyini gücləndirməlidir.
Qəzet yazır ki, Qərb ölkələri üçün etibarlı yanaşma G7 və Aİ-nin koordinasiyalı hərəkətləri olacaq - Rusiya neftinin qiymətinin aşağı salınması, o cümlədən onun "kölgə donanmasının" daha da məhdudlaşdırılması.
"Financial Times" qeyd edir ki, bu cür hərəkətlər qlobal iqtisadi şoka və ABŞ-da neftin qiymətinin artmasına səbəb olmayacaq.