ABŞ-ın "Alaska Airlines" aviadaşıyıcısı naməlum səbəbdən bütün uçuşları dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib.
"Alyaska Hava Yolları" bütün təyyarə parkının fəaliyyətinin dayandırılması üçün müraciət edib", - deyə məlumatda bildirilib.
Nəşrin müəllifləri bu qərarın səbəblərini açıqlamırlar.
Uçuşların dayandırılması "Alaska Airlines" brendi altında uçan 200-dən çox təyyarəyə təsir edəcək, lakin bu, aviaşirkətin törəmə brendləri altında uçan təyyarələrə şamil edilmir.