21 iyul 2025 13:57
148

ABŞ İsraili Livan ilə münaqişədə hansısa addımı atmağa məcbur edə bilməz - Tomas Barrak

Livan-İsrail münaqişəsində ABŞ İsrail tərəfini hər hansı bir addıma məcbur edə bilməz.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Tomas Barrak Livanın Baş naziri Nəvaf Salamla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

"ABŞ-nin İsraili hansısa addımı atmağa məcbur etmək hüququ yoxdur. ABŞ yalnız vəziyyətə təsir göstərə bilər. Biz artıq münaqişələrin olduğu bölgələrə qoşun yerləşdirmək niyyətində deyilik", - o qeyd edib.

Barrak həmçinin deyib ki, ABŞ Prezidenti Donald Tramp regional sabitliyə nail olunmasında maraqlıdır və Livan onun bir hissəsidir.