Polşa hakimiyyəti Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələri bölmələrinin hərəkətini izləmək üçün texnologiyasından istifadə edilən "Iceye" peyk şirkətindən pay almaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu məlumatı "Financial Times" qəzeti şirkətin rəhbəri Rafal Modrjevskiyə istinadla bildirir. Onun sözlərinə görə, "Iceye" səhmlərinin alınması ilə bağlı danışıqlar yekun mərhələdədir.
“Polşa sərmayələri milli inkişaf bankı vasitəsilə yönəldiləcək və Müdafiə Nazirliyi tərəfindən may ayında 230 milyon dollar dəyərində altı “Iceye” peykinin alınmasından sonra həyata keçiriləcək”, - deyə, nəşr yazır.