02 may 2025 12:54
389

İcbari tibbi sığortanın tətbiqi ilə Pirallahı Tibb Mərkəzində laboratoriya xidmətləri beynəlxalq standartlara uyğun qurulub YENİLƏNİB/FOTO

Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov media-tur iştirakçılarına tibb müəssisəsində tibbi xidmətlərin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi barədə məlumat verib.

“İki sahil” xəbər verir ki,  A. Zeynalov bildirib ki, icbari tibbi sığortanın tətbiqi mərkəzin fəaliyyətində keyfiyyət baxımından mühüm irəliləyişə səbəb olub. 115 çarpayılıq xəstəxanada Poliklinika, Yoluxucu xəstəliklər, Doğum-Ginekologiya, Terapiya, Uşaq, Cərrahiyyə, Anesteziologiya-Reanimasiya, Təcili tibbi yardım və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Mərkəz müasir portativ USM cihazları, holter, elektroensefaloqrafiya, elastometriya və oftalmoloji avadanlıqlarla təchiz edilib.

Bu avadanlıqlar, xüsusən tibbi müayinələr və əməliyyatlar üçün əhəmiyyətlidir. Həmçinin sığortanın tətbiqi ilə xəstəxanada laboratoriya xidmətləri beynəlxalq standartlara cavab verən səviyyədə qurulub.