02 may 2025 23:58
210

Şəhid əmanəti Mələyin 7 yaşının tamamında

“Uşaqlar ailənin, xalqın, dövlətin gələcəyi olmaqla yanaşı sərvətidir. Bu sərvətin tacı isə bizlərə əmanət olan şəhid övladlarıdır.” Bu səmimi sözlər Mələk Talıbovanın doğum günündə dilə gətirildi.

Bəli, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan minlərlə Vətən oğullardan biri Təbriz Talıbovdur. Zəfər şəhidinin öz Vətəninə, xalqına əmanət qoyduğu qız övladı-Mələk 7 yaşına çatdı.

Şəhidimizin yadigarı Mələk balanın ad günündə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, eləcə digər rəsmilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əkbər müəllim Mələk balanı doğum günü münasibətilə təbrik etdi, ona xoş arzularını çatdırdı, hədiyyələrlə körpə qəlbini sevindirdi.

Şəhid Təbriz Talıbovun ailə üzləri rayonda diqqət və qayğı gördüyünü deyib, şəhid övladın xoş günündə onları tək qoymadığı üçün rayon rəhbərliyinə minnətdarlıq etdilər.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü