03 may 2025 11:25
131

Ərakçi: ABŞ-ın sanksiyaları və təhdidləri danışıqlara inamsızlığı artırır

“ABŞ-ın ziddiyyətli davranışı və davam edən sanksiyaları və təhdidləri onun diplomatiyadakı ciddiliyi ilə bağlı inamsızlığı və şübhəni gücləndirib”.

İki sahil” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Ərakçi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə telefon danışığında deyib

"İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvü kimi üzərinə götürdüyü öhdəliklərə əməl etsə də, nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlıdır və bunun üçün uranın zənginləşdirilməsi lazımdır", - deyə Arakçi bildirib.

İranın nüvə proqramının atom bombası əldə etməsinə imkan verməyəcək şəkildə yoxlamasını istədiklərini açıqlayan ABŞ-ın son zamanlar “ziddiyyətli davranışlar və açıqlamalar” verdiyini bildirən Ərakçi, “İran xalqına qarşı sanksiyaların və təhdidlərin davam etməsi ABŞ-ın diplomatiyasının ciddiliyinə dair inamsızlığı və şübhəni daha da artırdı”, - deyib.

BMT-nin baş katibi Quterreş isə nəticə əldə olunana qədər ABŞ-la danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”