04 may 2025 00:40
135

NATO donanmaları Şotlandiya yaxınlığında genişmiqyaslı təlimlərə başlayıblar

NATO Şotlandiyanın qərb sahillərində raket və hava hücumundan müdafiə üzrə Formidable Shield 2025 adlı genişmiqyaslı dəniz təliminə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin 6-cı donanması bildirib.

Məlumata əsasən, Norveç yaxınlığında da keçiriləcək təlimlərdə NATO ölkələrini müxtəlif növ ballistik və qanadlı raketlərdən qorumaq üçün gəmi və təyyarələrin hərəkətləri tətbiq olunacaq.

Mayın 23-dək davam edəcək manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, İspaniya, Danimarka, Belçika, Hollandiya və Kanada da daxil olmaqla, NATO-ya üzv 10 ölkədən 16 gəmi, 25 döyüş təyyarəsi və 3000 hərbçi iştirak edir.