04 may 2025 10:14
90

Filippində avtomobil aeroportun girişinə çırpılıb, ölənlər var

Filippinin paytaxtı Manila şəhərində naməlum avtomobil səhər saatlarında aeroportun girişinə çırpılıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, çoxlu sayda şəxs xəsarət alıb.

Aeroportun mətbuat xidməti hadisə ilə bağlı şayiələrə inanmamağa çağırıb. Bildirilib ki, avtomobilin sürücüsü həbs olunub, yaralılara tibbi yardım göstərilib. Hadisə hava limanının işinə ciddi təsir göstərməyib.