04 may 2025 11:59
100

Hindistanın birtərəfli qərarı beynəlxalq hüquqi öhdəliklərin pozulmasıdır

Malayziyanın xarici işlər naziri Dato Seri Məhəmməd Həsən Hindistan və Pakistan arasındakı gərginlik fonunda pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığında İslamabadın mövqeyini dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İshaq Dar həmsöhbətini regionda baş verən hazırkı hadisələr haqqında məlumatlandırıb və Hindistanın təxribat xarakterli hərəkətlərini, o cümlədən onun əsassız iddialarını, qızışdırıcı təbliğatını və Hind suları müqaviləsini dayandırmaq üçün birtərəfli qərarını qətiyyətlə rədd edib.

Nazir bildirib ki, Hindistanın birtərəfli qərarı müqavilənin müddəalarının və beynəlxalq hüquqi öhdəliklərin bilavasitə pozulmasıdır.

Pakistanlı nazir ölkəsinin suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlamaqla, regional sülh və təhlükəsizliyə sadiqliyini vurğulayıb.

Malayziyanın xarici işlər naziri Pakistanın mövqeyini dəstəkləyib və bütün tərəfləri təmkinli olmağa çağırıb. Xarici işlər nazirləri yaranan vəziyyətlə bağlı sıx əlaqə saxlamağa razılaşıblar.