04 may 2025 15:58
120

Hindistan Pakistana suyun buraxılışını dayandırdı

Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Baqlihar bəndi vasitəsilə suyun buraxılışını müvəqqəti dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə PTI agentliyi mənbəyə istinadla xəbər verir.

Mənbənin sözlərinə görə, Hindistan Celam çayı üzərindəki Kişanqanq bəndində oxşar addım atmağı planlaşdırır.

Qeyd edək ki, hər iki bəndin istifadəsi Hindistan və Pakistan arasında uzun müddətdir ki, mübahisə mövzusudur.