Böyük Britaniyada terror aktı hazırlamaq şübhəsi ilə beş nəfər saxlanılıb.
“İki sahil” “Sky News”a istinadla xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan şübhəlilər hazırda polis nəzarətindədir. Polis bildirib ki, həbslər konkret obyektə qarşı terror aktı hazırlığı ilə əlaqədardır. Hadisə ilə bağlı ərazidə yerləşən müvafiq qurumlarla əlaqə yaradılıb, təhlükəsizlik tədbirləri barədə məlumat və dəstək təqdim olunub.
Hazırda London, Mançester və Svindon bölgələrində bir neçə ünvanda axtarışlar davam edir. Əməliyyatla bağlı əlavə məlumatlar hələlik operativ səbəblərə görə açıqlanmır.