03 may 2025 11:04
139

Türkiyədə işçiləri daşıyan mikroavtobus dərəyə aşıb: Ölən və yaralananlar var

Hakkarinin (Türkiyə) Yüksekova rayonunda işçiləri daşıyan mikroavtobus dərəyə aşıb.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Qəza yerli vaxtla saat 05:30 radələrində Yüksekovadan təxminən 30 kilometr aralıda, Gürkavak kəndinin Cevizli mezrasında baş verib.

Yaralılar təcili yardımla Yüksekova Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”