Əhməd Qurbanoğlu |
[email protected] |
“Nağılbaz” hayların daha bir daşdan keçən özünüifşa faktı
˝Biz ermənilər nağılbaz millətik. Ən böyük faciəmiz də özümüzün uydurduğumuz nağıllara daha çox özümüzün inanmağımızdır. İndi də yeni nağıl qururuq, güya Qərb bizə kömək edəcək.˝
Elə zənn etməyin ki, bu fikri XIX-XX əsrlərdə yaşamış, obyektiv dəyərləndirmələri ilə öz toplumunun iç üzünü açan mütərəqqi düşüncəli erməni ziyalılarından biri söyləyib. Əslində, belə zənn edənləri qınamaq da olmaz. Çünki zaman-zaman ayrı-ayrı xalqlara mənsub olan dahi şəxsiyyətlərlə yanaşı, hay toplumunun içində də erməniliyin maskasını yırtıb bu vandal qəbilənin əsl simasını ortaya qoyanlar az olmayıb. Bununla bağlı saysız-hesabsız nümunələr də var. Yeri gəlmişkən, onlardan bir neçəsini möhtərəm oxucularımızın diqqətinə çatdıraq. Tanınmış erməni şairi Yeqişe Çarens: "Bizdə riyakarlıq ana bətnində olarkən yaranır." Yazıçı Ovanes Tumanyan: "Həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik." Tarixçi alim, ermənişünas K.Patkanyan: "Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar. Bu, siyasi termin yox, ayrı-ayrı erməni məskənlərinin səpələndiyi coğrafi vilayətin adıdır. Ermənilər həmişə yaşadığı torpaqların pis sahibləri olmuşlar, ancaq onlar çox məharətlə öz yaxınlarını sataraq güclülərə xidmət göstərmişlər..." Folklorşünas Perç Proşyan: "Erməni kişilər türk bayatılarını dinləyib türkcə ağlayırlar, qadınlar isə öz iniltiləri ilə onları müşayiət edirlər." Akademik Manuk Abeqyan: "Erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib?.. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur." Tarixçi N.Pastermacyan: "Erməni tarixi Haykın və onun xalqının Ermənistana gəlib çıxmasını e.ə. 2200-cü ilə aid edir və onların e.ə. 800-cü ilə qədər bir-birini əvəzləmiş dini rəhbərlərinin və çarlarının siyahısını göstərir. Müasir elm bu uydurmanı təsdiq etmir."
Göründüyü kimi, müxtəlif tarixi dövrlərdə yaşayıb yaratmış mütərəqqi düşüncəli erməni ziyalıları da mənsub olduqları hay adlı toplumun daxili aləmini, başqa sözlə ifadə etməli olsaq, iç üzünü açıb ortaya qoymaqla bilərəkdən, ya bilməyərəkdən bu vandal insan sürüsünün bəşəriyyətin üz qarası olduğunu tam çılpaqlığı ilə etiraf etmək zorunda qalmışlar. Yazının girişində yer alan sitata gəlincə, məzmun və forma etibarilə sələflərinin yuxarıda qeyd etdiyimiz etiraflarından o qədər də fərqlənməyən bu fikrin müəllifini şübhəsiz, ziyalı kateqoriyasına aid etmək olmaz. Ən azı o səbəbdən ki, politoloq statusunu daşıyan bu erməni dığası obyektiv etirafda bulunan sələflərindən fərqli olaraq ˝Biz ermənilər nağılbaz millətik. Ən böyük faciəmiz də özümüzün uydurduğumuz nağıllara daha çox özümüzün inanmağımızdır. İndi də yeni nağıl qururuq, güya Qərb bizə kömək edəcək˝ fikrini heç də ədalət meyarına söykənərək dilinə gətirməyib. Bu səbəbdəın bəlkə də bu da olsun ermənilərin zaman-zaman özünüifşa faktlarından biri deyib özünü politoloq adlandıran hayın etirafının üstündən sükutla keçmək olardı. Amma indiyədək “dərin politoloji təhlillərində” Azərbaycanı və Türkiyəni hansı yollarla “məhv etməyin siyasi proqnozunu verən” revanşizm meyilli Artur adlı, Xaçikyan soyadlı tipik erməninin bu iki cümləlik etirafını diqqətlə oxuyub təhlil edəndə görürsən ki, yox, bu “politoloji fikirlərin” üstündən elə-belə keçmək mümkün deyil. Ən azı o səbəbdən ki, politoloq yuxarıdakı fikirlərini heç də obyektiv görünmək üçün söyləməyib.
Yəni, daşnak Xaçikin Məşədi İbadın sözü olmasın “obrozavonnı” nəvəsi demək istəyib ki, 200 ildən çoxdur biz haylar nağılbazlığımızın təsir dairəsindən kənara çıxa bilmirik və bu xislətimiz də bizə sonsuz faciələr yaşadıb. İlk nağılları XIX əsrin başlanğıcında bizim xilaskarımız missiyasını öz üzərinə görürən çar Rusiyasının lütfkarlığından ruhlanaraq uydurduq. Pardon!.. Bax, burada daşnak Xaçikin “obrozavonnı” nəvəsi yekə başından böyük qələt eləyir. Niyəsini Arturun diqqətinə çatdıraq. O zaman (elə indi də) öz siyasi maraqları naminə Cənubi Qafqazı fitnə-fəsad yuvasına çevirməyə çalışan Rusiyanın sənin gorbagor ulu baba və nənələrini Türkiyədən, İrandan daşıyıb İrəvan, Naxçıvan, Qarabağ xanlıqları daxilində məskunlaşdırması, bu yeni məkanlarda heç yerlərini qızdırmamış onlara tarixi Azərbaycan torpaqlarını peşkəş etməsi məgər siz hayların uydurduğunuz nağıldır? Yoxsa, gorbagor əcdadlarınızın 1828-ci il martın 21-də, Azərbaycan xalqı üçün ən əziz bir gündə-Novruz bayramında rus ağalarından aldıqları “böyük bəxşiş”i xislətinizə uyğun olaraq artıq unutmusunuz? Bəlkə demək istəyirsən ki, həmin gün çar I Nikolayın sərəncamı ilə tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidinin yaradılması və vandal qəbilənizə burada hakimi-mütləq statusunun verilməsi də uydurduğunuz nağıldır? Axı, əksər dünya xalqları bilməsə də siz nankor haylar yaxşı bilirsiniz ki, çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirməsinə baxmayaraq, yenə də bu vilayətin əhalisinin 76,24 faizi azərbaycanlılardan ibarət idi. Heç şübhəsiz, həmin vaxt ağanız Rusiya imperiyasının bizim tarixi torpaqlarımızda qondardığı saxta “Erməni vilayəti”ndəki 1125 kəndin 1111-nin Azərbaycanın yaşayış məntəqəsi olduğunu, bu kəndlərdə yalnız azərbaycanlıların yaşadığını da bilməmiş deyilsən. Yəqin ki, ondan da məlumatlısan ki, qondarma vilayətin qalan 14 kəndində azərbaycanlılarla qarışıq şəkildə ağanız Rusiyanın Türkiyə və İrandan köçürüb buraya zorla pərçim etdiyi həmcinsləriniz yaşayırdılar. Təəssüf ki, bütün bunlar sənin “nağılbaz millətinin (əgər mədəniyyətdən və sivilizasiyadan uzaq vandal təbiətli hay qəbiləsinə millət demək olarsa-red.) uydurduğu nağıl” yox, daşdan keçən real tarixi faktlardır. İstəsən bu siyahıya hər mənada çar Rusiyasının varisi olan bolşevik Rusiyasının 70 illik mövcudluğu dövründə qondarma “Erməni vilayəti”nin bazasında yenə də Qərbi Azərbaycan torpaqları hesabına qondarılan “Ermənistan SSR” adlı coğrafi subyektin tərkibinə min cür fitnə-fəsadla bizim qədim yurd yerlərimiz olan Zəngəzur və digər ərazilərimizin qatılmasını, Azərbaycanın əzəli torpağı olan Qarabağda bir ovuc erməni üçün gec partlayan mina rolunu oynayan və qondarıldığı 1923-cü ildən ötən 100 il ərzində, yəni 2023-cü ilin sentyabrında rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin məharətlə reallaşdırdığı bir günlük lokal antiterror tədbirlərinədək xalqımıza misli görünməmiş faciələr yaşatmış “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin quraşdırılmasını, həmçinin azərbaycanlıların mərhələlərlə son nəfərinə qədər öz tarixi vətənlərindən ən vəhşi üsullarla deportasiyasını və başımıza gətirdiyiniz soyqırımlarını və digər faciələri də əlavə edə bilərik.
Ötən iki əsrdə hayların onun-bunun isti qucağında oturub Cənubi Qafqazı qan çanağına döndərmələri də, bu xəyanətlərinin qarşılığında ağalarının tarixi Azərbaycan torpaqlarında əvvəlcə “Erməni vilayəti”, daha sonralar isə indiki Ermənistan Respublikasını qondarmaları da “nağılbaz millətin özünün uydurduğu” və yalnız “özünün inandığı “nağıl” imiş. Məntiqə fikir verin: “İndi də yeni nağıl qururuq, güya Qərb bizə kömək edəcək.˝ Bu cümlədən iki sərsəm fikir hasil olur- Birincisi, ötən iki yüz ildə əvvəlcə çar, sonra sovet, daha sonra isə müstəqil Rusiya Federasiyasının Hayastan üçün etdikləri hayların özlərinin “qurduqları nağıl”dır. Yəni, belə şey olmayıb. İkincisi, bu gün Nikol Paşinyan iqtidarının timsalında hayların nümayişkaranə surətdə özlərinin tarixi ağalarına arxa çevirərək Qərbdə yeni ağa axtarışına çıxmaları da “yeni qurulan nağıl”dır. Ay səni köpəsən, nankar erməni!
Amma insafən özünü politoloq adlandıran Artur Xaçikyanın hayların nağılbazlığı haqqında fikirlərində diqqəti çəkən bir məqamla razılaşmamaq mümkün deyil. Bu, Xaçikyanın “nağılbaz” həmcinslərinin Qərbin onlara kömək edəcəyi haqqındsa “yeni nağıl quraşdırmalarına” rişxənd etməsi ilə bağlıdır. Bəli, bu məsələdə erməni politoloq tamamilə haqlıdır. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın məntiqi yekunu bu gün onunla xarakterizə olunur ki, əgər İkinci Qarabağ savaşı və antiterror tədbirləri zamanı qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradəsi, titanik Sərkərdəlik qabiliyyəti, rəşadətli ordumuzun tükənməz gücü, qüdrəti, xalqımızın əzilməz milli ruhu qarşısında əriyib çöpə dönən Ermənistana 200 illik havadarı heç bir kömək edə bilmədisə Rusiya kimi nəhəng hərbi güclə müharibəyə təhrik etdiyi, son məqamda arxasından qaçdığı Ukraynanı çıxılmaz bataqlığa salan Qərb yeni forpostuna heç bir gün ağlaya bilməz. Artur Xaçikyan məhz bu reallığı anladığından “Guya Qərb bizə kömək edəcək”,-deyə öz haylarına rişxənd edir. Bu qədər sadə...
Əhməd Qurbanoğlu, “İki sahil”