KÖŞƏ

Vəli İlyasov

İranın müsəlmanlıqdan danışmağa haqqı yoxdur

06 yanvar 2023 00:57
1692

Qonşulara hart-hurt edən lənətullah ayətullahlar

İki yüz ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan və təbii sərvətlərini çapıb-talayan İranın molla rejimi Şimali Azərbaycanın güclənməsindən təşvişə düşərək həmişə gizlətməyə çalışdığı düşmənçilik hisslərini artıq açıq büruzə verməyə başlayıb. Daim Ermənistanın yanında olan, ona hərbi-siyasi, iqtisadi və mənəvi dəstək verən lənətullah ayətullahlar Azərbaycanın 44 günlük müharibədə Qələbəsindən sonra niyyətlərinin puça çıxdığını görərək daha da quduzlaşıblar. Hazırda İran Ermənistana silahlar verir, digər yardımlar göstərir. İslam dininin əleyhinə olaraq kafir dövlətinin müsəlman ölkəsinə ədalətsiz və işğalçı müharibəsində din düşmənlərinə "qardaş" deyib bağrına basır.

Yeni ilin ilk günlərində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Tehranda erməni kilsəsində bayram tədbirinə qatılması ilə bağlı görüntülər yayılıb. Orada təsvir olunur ki, Musəvi erməni rahiblə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu, İranın niqab altında gizlətdiyi namərd sifətlərindən yalnız biridir. Ona görə də heç bir müsəlman dövləti İrana dəstək vermir.

Erməni kimi Allah evində donuz bəsləyən, din qardaşlarını görünməmiş üsullarla qıran, alçaldıb təhqir edən, Xocalı faciəsi yaşadan biri ilə canbir qəlb olan İranın şeytan ayətullahlarının əslində müsəlmanlıqdan danışmağa heç bir haqları yoxdur.

Tarixdən bilirik ki, İran-Turan müharibələri əslində  farsların azərbaycanlılara qarşı işğalçılıq müharibələri idi. Uzaq əsrlərdə İran adlı dövlət mövcud olmayıb. Yəni, sonradan ortaya çıxan İran dövləti 1828-ci ildə Rusiya ilə Azərbaycan torpaqlarını şərikli iki yerə parçaladılar. O vaxtdan indiyədək Arazın bu tayına da iştaha ilə baxan İran indi həmin niyyətini gizlədə bilmir. Ancaq onu da başa düşür ki, Şimali Azərbaycan onun üçün sinidə gətirilən plov deyil, dişlərini sındıra bilər. Bu səbəbdən də daha gizlədə bilmədiyi düşmənçiliyini müxtəlif vasitələrlə bildirməyə məcbur qalıb. Əvvəllər sərhədlərimizə qoşun yeridib təlimlər keçirən, bizə əzələ nümayiş etdirən generallar və Xameneyi quldurları Azərbaycanın sərt reaksiyalarından çəkinərək hədə-qorxu gəlməklə kifayətlənirlər. Onlar başa düşürlər ki, Şimali Azərbaycanla müharibəyə başlayan kimi 40 milyonluq Cənubi azərbaycanlılar ayağa qalxacaq və zülmkar İran imperiyasının sonu çatacaq.

İsraillə dostluğumuzdan və orada səfirlik açmağımızdan  rəncidə düşmüş irticaçı Xameneyi hökuməti guya bizə hədə-qorxu gəlmək üçün Qüds şəhərini yəhudilərdən azad etmək yolunu Azərbaycandan salacağını bildirir.  Bu, o deməkdir ki, İran İsraili məhv etmək üçün birinci Azərbaycana hücum edəcək. Ancaq bunlar boş dedi-qodudan başqa bir şey deyil, hərbi müdaxiləyə yol verərsə özünün hansı vəziyyətə düşəcəyini yaxşı bilir. Odur ki, hələlik dedi-qodudan o yana keçməyə çürət etmir. Dünyada terrorçu qruplaşma kimi tanınmış SEPAH tör-töküntüləri son günlərdə Azərbaycana qarşı növbəti hədə-qorxu videoçarxı yayıb.

Bu barədə "Caucasian Live" "Teleqram" kanalı məlumat paylaşıb. Videoçarxda İran bayrağı daşıyan hərbi geyimli uşaqların Xudafərin körpüsünün yanından bu taya addımladığı əks olunub. Bayrağın üzərində isə “Qüdsə gedən yol” yazılıb. Molla rejimi artıq bir müddət öncə də Qüdsə gedən yolun Bakıdan keçdiyi haqda hədə gəlmişdi.

"Tehran molla respublikası" 30 il erməni işğalı zamanı məscidlərdə donuz saxlanmasını, “müsəlman torpağının” işğalını normal qarşılayır, hətta işğalçılara dəstək verirdi. Azərbaycanın torpağını azad etməsi, məscidləri bərpaya başlaması müsəlman adı ilə alver edən İslamın bətnindəki qara yara olan İranı narahat edib.

40 ildir İsraili hədələməkdən o yana keçə bilməyən İran guya min kilometrlərlə uzaqda olan Qüdsün təəssübünü çəkir, amma qonşusunda müsəlman torpağını işğal edən xristian Ermənistana qardaş deyib, hər köməyi göstərir…

Bu gün dünyanın sonuncu imperiyalarından biri olan İranın zülmkar rejimi tələyə düşmüş vəhşi heyvan kimi özünü bir qədər də yaşatmaq üçün vurnuxur, gah digər dövlətlərə hart-hurt edir, gah da öz içərisində azadlıq, insan hüquqları tələb edən xalqları repressiyaya  məruz qoyur. Hazırda bu qurama dövlətdə yaşayan xalqların nümayəndələri təşkilatlanıb milli hökumət yaradırlar. Artıq cana doymuş və azadlıq istəyən xalqları heç bir hədə-qorxular, həbslər, işgəncələr, edamlar qorxutmur. Qatillərin meydanı daraldıqca qanlı cinayətlərinin də sayı artır. Bu isə onun məntiqi sonluğunu daha da yaxınlaşdırır. Ətrafında baş verənlərdən xoflanan molla rejimi indi qudurmuş it kimi dörd bir yana hürməkdədir. Ancaq xeyiri yoxdur, ayətullahlar özlərinin ayətullah olmadıqlarını və yalnız lənətullah olduqlarını  kifayət qədər sübut ediblər. Qollarını-ayaqlarını zəncirlədikləri xalqlar artıq ayağa qalxıblar, yüz illərdir onlara zülm edənlərin  etdiklərinin bədəlini ödəmək zamanı gəlib…