KÖŞƏ

Zahid Rza

Siyasi hoqqabazlar

11 oktyabr 2022 00:34
2969

Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdən əndişələnən xarici anti-Azərbaycan qüvvələr və onların daxilimzdəki əlaltıları antimilli ünsürlər respublikamızın əleyhinə qara piar kampaniyasını daha da genişləndiriblər. Anti-Azərbaycan dairələr və erməni lobbisi dəridən-qabıqdan çıxaraq xaricdə ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Onlar bu məkrli və şərəfsiz işdə özlərinin Azərbaycandakı “beşinci kolon”u olan dağıdıcı müxalifətdən maksimum dərəcədə faydalanmağa çalışırlar.

Erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının tezislərini icra edən dağıdıcı müxalifətn təmsilçiləri və onların xarici ölkələrdəki əlaltıları sosial şəbəkələrdə, xüsusilə də “You Toube” və “Facebook”da ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təsadüfi deyil ki, bu gün Ermənistan mətbuatı da bu məsələlərlə bağlı bütün potensialını ortaya qoyaraq respublikamızın əleyhinə qarayaxma kampaniyası aparır. Bu isə onu deməyə əsas verir ki,  antimilli ünsürlər Azərbaycan əleyhdarları, erməni lobbisi, işğalçı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar.

Azərbaycan əleyhdarları və onların əlində maşa olan “sapı özümüzdən olan baltalar”ın, xaricdə məskunlaşan “siyasi mühacirlər”in bu mənfur əməllərinə, çirkin fəaliyyətlərinə ciddi şəkildə etiraz edən vətəndaşlarımız bu xəyanətkarların layiqli cavabını verirlər. Ağı qaradan seçməyi bacaran ictimaiyyətimiz yaxşı anlayır ki,  dağıdıcılığı “siyasi mübarizə” kimi seçən, ölkəmizin nailiyyətlərini, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilməsini inkar edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, onların marionetkası olan Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun, Qənimət Zahidin, Sevinc Osmanqızının və digərlərinin söylədikləri şər-böhtandan, əsassız iddiadan, siyasi populizmdən, əməlləri isə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bu cütlüyün, eləcə də onların rəhbərlik etdikləri, AXCP və “Milli Şura”da təmsil olunanların əsas bəlası isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. Antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın rəhbəri C.Həsənli və onların tör-töküntüləri çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.

Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan, başda AXCP sədri, xəyanətkar xislətli Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi  qaçılmaz prosesə çevrilib. Bu qaragüruhçuların hazırda Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla, vidadi isgəndərlilərlə sıx işbirliyi içərisində olmaları da hamımıza məlumdur.  Saxta “müxalifətçilik” hekayələri çoxdan bitən, antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən, çoxdan fatihəsi verilən və  siyasi meyitə çevrilən Ə.Kərimli-C.Həsənli-T.Yaqublu güruhu çoxdan tükənərək siyasi səhnədən siliniblər. Bu sindromun əlamətlərini isə hamıdan çox məhz bu qaragüruhçu dəstənin üzvləri daha yaxşı bilirlər. Bu əlamətlər isə adamın öz qarşısına böyük hədəflər qoyub daha sonra istədiklərini əldə edə bilməyib məyus olması, yorulduğunu və enerjisinin tükəndiyini bilməsi, eləcə də depressiv hisslər, özünü dəstəksiz hissetmə, gərginlik, əsəbilik, səbirsizlik, narahatlıq kimi mənfi hisslərin çoxalması kimi izah olunur.

Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların hər bir siyasi hoqqabazlığı həmişə olduğu kimi, bu dəfə də məğlubiyyətə məhkumdur.