Zahid Rza |
Sentyabrın 12-dən 13-nə kecən gecə təcavüzkar Ermənistanın silahlı qüvvələrinin təxribatları nəticəsində baş vermis hadisələrlə bağlı Qərb ölkələrində mütəşəkkil təşkilatlanan erməni lobbisi və və anti-Azərbaycan dairələrin ölkəmizdəki emissarları rolunu oynayan radikal müxalifətin təmsilçiləri respublikamıza qarşı apardıqları “qara piar” kampaniyasını daha da gücləndiriblər. Məkrli qüvvələrin əlində alətə çevrilmiş qaragüruhçu ünsürlərin- dağıdıcı düşərgənin əvvəllər olduğu kimi, bu gün sossial şəbəklərdə, internet TV-lərdə çıxardıqları hoqqabazlıqlar, ermənipərəst dairələrdən aldıqları qrantların hesabına ictimai rəyi çaşdırmağa yönəlmiş antimilli “moizələri” danılmaz faktlarla sübut edir ki, bu üzdəniraqlar erməni lobbisi ilə sıx işbirliyindədirlər. Başda AXCP sədri Əli Kərimli, yarandığı gündən öz antimlli mövqeyi ilə seçilən “Milli Şura”-nın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, xaricdə məskunlaşaraq Azərbaycan əleyhinə gecə-gündüz təbliğat aparan Qənimət Zahid, Sevinc Osmaqızı öz “Facebook” səhifəsində alçaqcasına “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” yazan A.Göyüşov və digər milli satqınlar xaricdəki ermənipərəst “ağalarının” könlünü alaraq onların sifarişlərini yerinə yetirmək üçün ən çirkin üsullardan istifadə edirlər.
Bu marginal dəstənin nümayəndələri qırx dörd günlük Vətən müharibəsində olduğu kimi, sentyabrın 12-dən 13-ə gecən gecə baş verən hadislər zamanı da öz xain və satqın simalarını açıq-aşkar nümayiş etdirdilər. Əslində həmin gecə nə kimi hadisələr baş vermişdir? “Sapı özümüzdən olan baltalar”a və onların işbirlikçilərinə bir daha xatırladırıq həmin gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlara əl atıb. Belə ki, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan ordusunun diversiya qrupları həmin gün qaranlıqda ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Həmçinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib. Məhz erməni təxribatçı-terrorçularının bu əməllərinin qarşısının dərhal alınması məqsədilə ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib və təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası ağır itkilərə məruz qalıb. Belə ki, Ermənistan ordusunun itkiləri 200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib ki, onların dəyəri yarım milyard dollardan çoxdur. Həmçinin təcavüzkar ölkənin sərhədyanı ərazilərdə olan bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Ən əsası isə odur ki, şəhidlərimizin qisası döyüş meydanında alınıb. Eləcə də düşmənin dövlət sərhədində həyata keçirdiyi təxribatlara cavab olaraq ordumuzun reallaşdırdığı növbəti əməliyyatlar nəticəsində bir neçə strateji əhəmiyyətə malik yüksəkliklər düşməndən təmizlənib.
Bir məsələni xüsusi ilə qeyd etmək lazımdır ki, sentyabrın 12-13-də baş verənlər Ermənistanın ardıcıl xarakter daşıyan avantüralarının və təxribatlarının nəticəsidir. Çünki N. Paşinyan Vladivostokdakı çıxışında faktiki olaraq bu avantüranı anons etmişdi.
Əsas məsələ bax, budur. Ey Ə.Kərimli, G.Hacıbəyli, T.Yaqublu, Q.Zahid, S. Osmanqızı A.Yunus və onların yedəyində olan milli satqınlar! Axı ayıbdır. Allah xətirinə güzgüdə bir özünüzə baxın. Elə bir gün olmur ki, sosial şəbəkələrdəki moizələrinizdə Azərbaycan əleyhinə danışmayacınız. Bir az vicdanınız, qeyrətiniz varsa heç olmazsa, şəhidlərimizi düşünün. Axı siz özünüz də, arxanızda dayanan, sizləri çirkli pullarla yemləyən, şər qüvvələr, iblislər də yaxşı bilirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb.
Yeri gəlmişkən, Ermənistanın sentyabın 13-də törətdiyi təxribata görə aldığı ağır zərbələrdəb sonra erməni lobbisi daha da fəallşaraq ölkəmizə qarşı qaralama kampaniyasını daha da gücləndirib. ABŞ Konqresinin bir sıra üzvləri, o cümlədən Avropa Parlamentinin bəzi deputatları Azərbaycana qarşı çağırışlar ediblər. Məsələ ilə bağlı Avroparlamentin Fransadan olan deputatları xüsusi canfəşanlıq göstərib.
Göründüyü kimi erməni lobbisi ilə antimilli ünsürlər sinxron fəaliyyət göstərirlər. Ancaq hər bir azərabycanlı yaxşı bilir ki, antimilli ünsürlərin12 sentyabr hadisələri ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamları erməni lobbisinin dirijorluğu ilə aparılan informasiya müharibəsindən başqa bir şey deyil. Əslində anti-Azərbaycan şəbəkənin və erməni lobbisinin ölkəmizə qarşı apardıqları şər-böhtan kampaniyası sabun köpüyünə bənzər mənasız qara-qışqırıqdan başqa bir şey deyil.