Vəli İlyasov |
Daim onun-bunun qoltuğunun altında yaşayan ermənilər iki yüz ildir ki, himayəçilərinin hərtərəfli köməyi ilə bizi qırıb-çatır, yüz minlərlə soydaşımızı öldürür, şəhər və kəndlərimizi yandırıb külə döndərir, doğma yurd yerlərmizi zəbt edir, sərvətlərimizi yağmalayıb öz xarabalarına daşıyır. Bütün bunlardan sonra indi başımızı tumarlayıb bizə “dost”, “qardaş” deməklə dəhşətli cinayətlərini bizə unutdurmağa çalışırlar. Belə düşünürlər ki, biz də əvvəllərdə olduğu kimi, hər şeyi unudub bunlara yenidən qucaq açacağıq. Başımızı piylədiklərini hesab edən ermənilər isə adəti üzrə yenə saman altından su yeridəcəklər. Eçmiədzində bizə qarşı cızılan çirkin planları nə vaxtsa məxfi formada işə salacaqlar. Ona qədər isə torpaqlarımızda kefcil həyat sürəcəklər. Lap iki yüz il əvvəlki əyyamlarda olduğu kimi. Bir sözlə, onlar üçün həyat yenidən olur fısqırıq! Başbilən ermənilər indi belə düşünürlər. Ancaq biz tamamilə başqa cür düşünürük.
Hələ iki il əvvəl Rusiyanın Xalq artisi, məşhur kinorejissor Karen Şahnazaryan “Pole çudes” verilişinin qonağı olarkən aparıcı Leonid Yakuboviçə bildirdi ki, keçmiş əsrlərdə Qarabağda heç vaxt ermənilər yaşamayıblar. Fikrini belə əsaslandırır ki, onun ulu babalarından biri Məlik Hüseyn Şahnəzər Qarabağın qədim sakinlərindən biridir. Göründüyü kimi, Məlik də, Hüseyn də, Şahnəzər də azərbaycanlı adlarıdır. Araşdırmalar sübut edib ki, Qarabağdakı erməni adlandırılanlar türk əsilli albanlar olublar. Sonradan bu albanların bir hissəsi xristianlığı qəbul ediblər. Ona görə də ermənilərin onların babalarının bu yerlərdə min illər yaşamaları barəsindəki iddiaları absurd və qəbuledilməzdir. Bu fikrinə görə daşnak ermənilər Karen Şahnazaryanı satqın və xain adlandırırlar. Ancaq təəssüf ki, Şahnazaryan və onun kimi düşünənlər çox azdır.
İkinci Qarabağ müharibəsindəki biabırçı darmadağından sonra ermənilərdə qismən də olsa özünəgəlmə prosesi başlayıb. Bir neçə gündür ki, quyruqlarının qapı arasında qaldığını görən ermənilər hiylə niqablarını üzlərinə çəkərək Rusiya telekanallarında azərbaycanlılarla dostluqdan və hətta qardaşlıqdan dəm vururlar. Bu günlərdə Rusiyadakı telekanallardan birində Azərbaycan və Ermənistan diasporunu təmsil edənlərin maraqlı bir görüşü keçirildi. “Yağlı dil”lərini işə salan ermənilər son otuz dörd ildə çıxdıqları hoqqalardan, torpaqlarımızın işğalından, şəhər və kəndlərimizi dağıdıb yerlə-yeksan etmələrindən, məscidlərimizdə donuz bəsləmələrindən, soydaşlarımızı vəhşi üsullarla qətlə yetirmələrindən, qısaca desək, bizə yaşatdıqları acı faciələrdən əsla söz açmadılar. Elə bəlağətlə danışırdılar ki, sanki bunları törədən onlar deyillər. Üzr istəmək, “qələt eləmişik” demək əvəzinə sovet dövründəki saxta dostluqdan heyranlıqla söz açırdılar. Görüşün təşkilatçılarından biri, Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyan ifadələrində səhvə yol verməmək üçün sözləri çox ehtiyatla seçərək bildirdi ki, otuz dörd ildə baş verənlər arxada qaldı, millətlərimizin düşmənçiliyi bitdi, bundan sonra mehriban əlaqələr qurmalı, birgə dialoq məclisləri təşkil etməli və münasibətləri normallaşdırmağa çalışmalıyıq. Bütün müharibələrin sonu sülhlə, barışıqla nəticələnir, biz də bu yolla getməliyik. Bəli, sözdə bu belədir, amma inanan daşa dönsün, yer üzündə bunlardan da dönük, yalançı və həyasız millət yoxdur. Bunların dabbaxda gönünə yaxşı bələdik.
Həmin görüşdə SSRİ Xalq artisti Armen Cigərxanyan əvvəldən münaqişə tərəfdarı olmadığını qeyd edəndən sonra vaxtilə İrəvan teatr truppasının Bakıya səfərini və paytaxtımızda qaldıqları günləri ağız dadı ilə yada saldı, müğənni Zeynəb Xanlarovanın oynaq, gözəl ifalarından məmnun olduqlarını söylədi. İnsafən, tanınmış aktyor təkrar vurğuladı ki, o, 1988-ci il “miatsum ”hadisələrinə açıq çəkildə qarşı çıxan beş-on nəfərdən biridir.
Görüşdə söz alan Ermənistanın Rusiya Federasiyasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, hazırda böyük bir şirkətin rəhbəri Armen Smbatyan utanıb-qızarmadan azərbaycanlı həmkarı Polad Bülbüloğlunun şəninə xoş sözlər işlədərək onu özünün dostu adlandırdı. Görəsən boğazdan yuxarı danışan diplomat havalanmış ermənilər “dost”unun atası, SSRİ Xalq artisti, dünyaca məşhur müğənni Bülbülün büstünü güllələyəndə, ev-muzeyini dağıdıb talan edəndə buna niyə yol verdi?
Hiss olunurdu ki, ermənilər olan-qalan bacarıqlarını işə salıb azərbaycanlı diaspor üzvlərini dilə tutmağa, könüllərini almağa çalışır, bunun üçün dəridən-qabıqdan çıxırdılar. Ancaq “Xəncər yarası sağalar, dil yarası sağalmaz” deyiblər. Ermənilərin isə nə namərd xəncər yaraları, nə də ilan zəhərindən betər dil yaraları sağalmaz. Düzdür ki, xalqların düşmənçiliyi əbədi olmamalıdır. Ancaq xalqların deyiblər, daha ermənilərin yox. Onlar verdikləri sözü, içdikləri andı qar üstünə yazırlar. Günəş çıxanda isə...
Dostluqdan, qardaşlıqdan bəlağətlə danışan ermənilər yaddan çıxarıblar ki, gəmidə oturub həmişə gəmiçi ilə davanı onlar salıblar və yüz illər boyu davam etdiriblər. “dəmir yumruq”dan əvvəl niyə belə məhrəmanə yığıncaqlar, görüşlər təşkil etmirdilər? Bunların hamısı bayaq dediyimiz “qapı” və “quyruq” məsələsinə görədir. Başa düşürlər ki, növbəti “Dəmir yumruq” onların güvəndikləri dövlətin özünü yer üzündən silə bilər.
Hazırda kapitulyasiya aktına qol çəkən Ermənistan ordusunun əsgərlərinin sərhədlərimizdə döyüş əməliyyatı apardıqlarını, Qarabağdan terrorçu dəstələrin çıxarılmadığını və Xankəndidə yığışmış erməni sürüsünün oyuncaq rejimin rüşeymlərini saxlamaq cəhdi ilə qanunsuz silah gəzdirmələrini, imkan tapanda təxribat törətmələrini və digər anormallıqları qulaqardına vuran erməni ziyasızları “dostluqdan və qardaşlıqdan” bəhs edirlər. Bəlkə onlar özlərini kəmağıllığa vurub Xocalıda, Ağdabanda, Qaradağlıda, Meşəlidə, Kərkicahanda, Qarakənddə, Cəmillidə, Başlıbeldə törətdikləri faciələri unudublar. Amma biz unutmamışıq və heç vaxt unutmayacağıq. Axı yurdu dağıdılıb viran qoyulmuş, ocağı sönmüş, atasız, oğulsuz, qardaşsız qalmış ailələr bu müsibətləri necə unuda bilər? Törətdikləri cinayət əməllərini ört-basdır etmək üçün onlar guya biclik edib bizi aldatmaq, yalançı barışıq əldə etmək istəsələr də giclik alınır. Məgər qanımızın axıdılması üçün türkə nifrətlə dolu bədnam “Ocaq” cızmaqarasını yazan Zori Balayanı, xalqımıza qarşı daim qızışdırıcı mövqedə durub düşmənçilik toxumu səpməklə məşğul olan Silva Kaputikyanı, akademik Abel Aqanbekyanı, terrorçu Monte Melkumyanı, Suren Ohanyanı və bir çox qatilləri yaddan çıxarmaqmı olar?
Qarabağda biabırçı məğlubiyyətdən sonra bütün dünyada itin beşinci ayağı kimi tanınan və olan-olmaz nüfuzunu tamamilə itirən ermənilər yenə də bizim ətəyimizdən yapışmalı olublar. İndi sübut etməyə çalışdıqları dostluq və qardaşlıq kimi çirkin missiyanın məqsədi də buna xidmət edir. Keçmişlərin təcrübəsini işə salmaq daha keçmir, yəni əvvəllər hər qanlı olaydan sonra bizə şirin dil töküb arxayınlaşdırıblar. Ancaq məqam düşəndə qəfil zərbə endiriblər və hər dəfə də məqsədlərinə çatıblar. Biz bunlardan yetərincə dərs götürmüşük, onlara inanmağa heç bir əsas qoymayıblar, inam limiti bitib. Amma dişlərində şirə qalan bic ermənilər köhnə planları yenidən ortaya atır, bizə təzə kələklər gəlməyə çalışırlar. Belə yerdə deyiblər: Ay siz öləsiz!
Ermənilərin bizə gəlmək istədikləri blefin ortasından daha bir fakt boylanır. İki yüz illik ərazi işğalları zamanı əl dəyməmiş çığırtıları dünyaya yayılan ermənilər tarixdə ilk dəfədir ki, böyükmiqyaslı məğlubiyyətə uğrayıblar, bütün arzu və xəyalları puç olub. İndi bunu unudacaqlarına və bizimlə “dost”, “qardaş” olacaqlarına inanmaq sadəlövhlük olardı.
Qaçılmaz həqiqətdir ki, biz bundan sonra da ermənilərlə qonşuluqda yaşamağa məhkumuq. Ancaq bu, o demək deyil ki, etibarsızlığını və namərdliyini min dəfə isbat etmiş ermənilərlə qardaşlıq edəcəyik. Xeyr, o xam xəyallar gorbagor olub getdi. Daha keçmiş ola. Biz itlə yoldaş olsaq da, çomağımızı əlimizdən yerə qoymayacağıq.