KÖŞƏ

Vəli İlyasov

Aram aranı qarışdırır aram-aram...

02 fevral 2022 02:36
1244

“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”.

 Bu fikri  Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib. Bəli, faşizm insanlığa yönəlmiş qatı cinayətdir, bu sözü eşidəndə dərhal ölüm, dəhşətli işgəncələr, ağlasığmaz cəzalar və s. yada düşür. Ermənilər Azərbaycana təkcə bu əsrdə deyil, XX əsrdə də dəfələrlə sağalmaz yaralar vurmuş, bir neçə dəfə soyqırımlar törətmişlər. Əlbəttə, dünyanın ən qorxaq, rəzil və şərəfsiz milləti kimi tanınan ermənilər istər o dövrdə, istərsə də bu dövrdə bizə yaşatdıqları dəhşətləri havadarlarının köməyi ilə etmişlər. Onlar heç vaxt azərbaycanlılarla təkbətək döyüşməyiblər. Ancaq 2020-ci il müharibəsində Azərbaycan Ordusu elə bir gücə malik idi ki, erməni ordusunu xaricdən gətirdikləri muzdlu başkəsənlərlə birgə süpürüb atdı. Şəxsi heyətinin yarısı ölü, yarısı yaralı olan düşmən qoşunları döyüş meydanından güclə qaçıb canlarını qurtara bildilər. Ancaq biabırçı məğlubiyyətdən cəmi on üç ay keçməsinə baxmayaraq Ermənistanda baş qaldırmış revanşistlər insanlara faşist ideologiyasını sırımağa çalışır, “hələ müharibə bitməyib” deyə toplumu yeni hərbi əməliyyatlara çağırırlar.

“Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”, - deyə Prezident vurğulayıb.

Erməniləri müharibəyə təhrik edən revanşistlər unudublar ki, indi 1992-ci il deyil, 2022-ci ildir. İndi Azərbaycan zəif deyil, Ermənistandan müqayisə olumayacaq dərəcədə güclüdür. İndi köməklərinə çatacaq nə çar hakimiyyəti var, nə də bolşeviklər. 1-ci yox, lap 2-ci, 3-cü, 4-cü Gevorq da gəlsə ermənilərə heç cür kömək edə bilməz.  Bu həyasız millət Armavirdə cəllad Qareginin heykəlinin uçurulmasından, haqqında çəkilən filmin nümayişinin yarıda dayandırılmasından və qadağan olunmasından dərs götürmür. Açıq görünür ki, bunların psixiatra ciddi ehtiyacları var. Deyirlər ki, eşşək ən qanmaz heyvan sayılsa da, bir dəfə palçığa batdığı yerə ikinci dəfə döyüb öldürsələr də girməz. Ermənilər isə tamam başqa bir zattdırlar. Yüz dəfə öldükləri yerə yüz dəfə gedərlər və başa düşməzlər ki, ora getmək olmaz. Görünür, özlərindən başqa kimsənin giriftar olmadığı “erməni xəstəliyi” deyilən əlacsız mərəz həqiqətən də var.

 Bunların ətəklərindən öpdükləri “ağıllı” və “humanist” keşişləri və papazları əllərinə silah götürüb sadə insanları ədalətsiz müharibəyə, başqalarının ərazilərini işğal etməyə, günahsız insanların qanını axıtmağa çağırırlarsa onda bunları insanlığın qara yarası adlandırmaq lazımdır. Birinci və İkinci Qarabağ müharibəsində keşişlərin əllərində avtomat silahla döyüşdüklərinin şahidi olmuşuq. Düz deyiblər ki, “İlanın ağına da lənət, qarasına da.”  Böyük Kilikiya Evinin katalikosu 1-ci Aram  bu günlərdə gənc əsgər və zabitlərə çağırış edərək “Yeni müharibəyə hazır olun” deyib. Zatıqırıq qara keşiş unudub ki, erməni həbçilərinin meyidləri hələ də Zəngilandan, Füzulidən, Cəbrayıldan, Hadrutdan, Qubadlıdan daşınmaqdadır.  Morqlarda hələ də  dronların tikə-parça etdiyi əsgər cəsədlərinin qalıqları saxlanmaqdadır, çünki şəxsiyyətlərini müəyyən etmək mümkün deyil. Ordunun zirehli texnikasının səksən faizi məhv edilib, salamat qalanlar isə hərbi qənimət kimi Bakıya gətirilib. Bütün bunları bilə-bilə qara keşiş Azərbaycana hücuma yeni erməni sürüsü göndərmək qəsdindədir. Daha buna nə deyəsən, erməni ki, erməni! Beləliklə, katalikos 1-ci Aram aranı qarışdırır aram-aram.