Zahid Rza |
Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyən, uğurlarını gözü götürməyən, tam müstəqil siyasət aparmasını qəbul edə bilməyən əleyhdarlarımızın buyruq quluna çevrilən “sapı özümüzdən olan baltalar”ın ən fəal nümayəndələrindən olan və ABŞ-da yaşayan Sevinc Osmanqızının son günlər sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsi heç də təsadüfi deyil. Erməni lobbisinin qrant layihələri ilə bəslənən bu xanım jurnalist dekabrın 9-10 da keçiriləcək Baydensayağı “demokratiya sammiti”, eləcə də dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin nəzərdə tutulan görüşü ərəfəsində ölkəmizin əleyhinə apardığı qara piar kampaniyasının rəngini bir az da tündləşdirib. Bir neçə gün bundan əvvəl bu simasız “jurnalist” “Osmanqızı TV”- də “Kaş ki, Paşinyan bizim prezidentimiz olaydı” fikirlərini səsləndirməklə isə ekskrement qoxuyan anti-Azərbaycan mövqeyini tam çılpaqlığı ilə bir daha ortaya qoydu.
Əslində burada təəccüblü bir şey yoxdur. Belə ki, 2020- ci il iyulun 12-dən 15-dək Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığı günlərdə ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda, hətta məşhur erməni terror təşkilatı olan “ASALA” emblemli köynəklər geyinən erməni şovinistləri Los-Anceles şəhərində, Avropada, Rusiyada səfirliklərimizə və azərbaycanlılara qarşı qanlı savaş və təxribatlar başlatdıqları zaman Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirmişdi. Həmin vaxt özünü azərbaycanlı adlandıran S.Osmanqızı iddia edirdi ki, guya “sivil” qarşıdurmanı pozan Azərbaycan tərəfidir. “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”-deyən S.Osmanqızı bu hərəkətləri ilə açıq-aşkar erməniləri müdafiə etməklə əslində düşmən dəyirmanına su tökürdü. “Onlar (xaricdə yaşayan azərbaycanlılar) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?”- deyən bu xanım jurnalist üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları, onların soydaşlarımıza xəsarət yetirdiklərini, necə deyrələr, görməzlikdən gəlirdi. “Mən yenə də davanı kimin başlatması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı daha sonra əlavə edir ki, “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”.
Təbii ki, bütün bunlar S.Osmanqızının ermənipərəst dairələrlə birbaşa əlaqəsinin olduğunu, onlardan çirkli qrantlar müqabilində ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq tapşırığını almasını bir daha sübut edir. Onun ABŞ-dakı lüks həyat tərzi dediklərimizə şübhə yeri qoymur. Necə olur ki, təxminən 2012-ci ildə ABŞ-a köçən xanım jurnalist qısa müddətdə burada bahalı mənzil alır, ən prestijli mağazalardan alış-veriş edir və sairə? 261 min ABŞ dollarına alınan həmin mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir. Bəli, çörəyi ilə böyüdüyü Azərbaycanın mənafelərini xarici ölkədə bahalı mənzilə, maşına, lüks həyat tərzinə satan xəyanətkar, satqın, mənəvi-psixoloji sarsıntılar içində olan S.Osmanqızının əsl sifəti budur. Yəqin ki, indi çoxları üçün antimilli ünsürlərin mətbuat xidməti rolunu oyanayan bu xanım jurnalistin qəlbində Azərbaycan xalqına qarşı bu qədər kin-küdürətin haradan qaynaqlandığı bəlli olur. Ancaq S. Osmanqızı kimilər bilməlidirlər ki, çirkli qrantlar, bahalı mənzillər hesabına ermənipərəst qüvvələrin və anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən satqın, xəyanətkar antimilli ünsürlərin ölkəmizə, xalqmıza, dövlətimizə və dövlətçiliyimizə, milli birliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı apardıqları qara piar kampaniyası gec-tez fiaskoya uğrayacaqdır. Çünki S.Osmanqızı, eləcə də “qrant müxalifət”i olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun koordinasiya şurasının üzvləri, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərin əsl simasını xalqımız yaxşı tanıyır. Özlərini cəmiyyətdən təcrid edərək marginallaşmış, Vətəninə xəyanət edən belə antimilli ünsürlər gec-tez öz layiqli cəzalarını alacaqlar. Heç kimin buna şübhəsi olmasın…