KÖŞƏ

Zahid Rza

Ermənilər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər

03 sentyabr 2021 23:57
2011

Bu tələbi dünya şöhrətli yazıçılar, hüquqşünaslar, və ekspertlər irəli sürürlər

Təcavüzkar Ermənistanın 28 illik işğalı dövründə Qarabağda Azərbaycana məxsus bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, xalqımızın milli- mənəvi dəyərləri təhqir edilib.

Şübhəsiz, bütün bu vəhşiliklər adi müharibə fəlakəti deyil. Erməni faşistləri işğal dövründə Qarabağda məqsədli şəkildə bütün tarixi abidələrimizi məhv edib, maddi mədəniyyət nümunələrimiz talayıb, hətta qəbirləri söküb, sümükləri belə daşıyıb aparıblar. Prezident İlham Əliyevin söylədiyi kimi, “onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər”.

Bu gün nüfuzlu beynəlxalq nəşrlər, dünyanın tanınmış alim və yazıcıları, mədəniyyət xadimləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəni irsin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı narahatlıqlarını ifadə edir və dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. İngilis yazıçısı Corc Mitçel işğal olunmuş ərazilərdə ermənilərin dini və tarixi-mədəni irsə qarşı törətdikləri vəhşilikləri təsvir edərkən Ağdam şəhərini “Ruhlar şəhəri” və “Qafqazın Xirosiması” adlandırıb: “Ağdam mədəni irsin məhv edilməsi baxımından bəlkə də ən kədərli və ən parlaq nümunədir. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər -Ağdam, Ermənistan tərəfindən tamamilə məhv edilib və xarabalığa çevrilib”. İnsanlıq simasını itirən bu vəhşilər xalqımıza məxsus məscidlərdə ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Eləcə də işğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

Təbii ki, erməni faşistləri bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq. Bu mənada Britaniyadan olan beynəlxalq hüquqşünasların İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı hazırladıqları müstəqil hesabat mühüm əhəmiyyət kəsb edir. Belə ki, 100 səhifəlik hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi nəzərindən qiymət verilir. Bu hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır. Həmçinin hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.

Beynəlxalq cinayət hüququ üzrə vəkil Stiven Key 44 gün davam edən müharibədən sonra əraziyə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə bölgəyə səfər etdiklərini bildirərək deyir: “Bu münaqişə 1990-cı ilin əvvəllərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ bölgəsinə hücumu ilə başlayıb. Bu münaqişənin nəticələri BMT və Avropa İttifaqına bəlli idi, lakin münaqişə diqqətdən kənarda qalmışdı. Həmin vaxt Qərbin və ABŞ-ın diqqəti Yuqoslaviyada baş verən müharibəyə yönəlmişdi. Halbuki münaqişənin Azərbaycana vurduğu ziyan daha böyük idi.  “9 Bedford Row” qrupunun araşdırmasının ermənilərin dinc sakinləri hədəfə alan 5 hücumunu əhatə etdiyini söyləyən Stiven Key sentyabrın 27-dən başlayaraq ermənilərin Azərbaycanın yaşayış məntəqələrini mütəmadi şəkildə ağır artilleriyadan atəşə tutduğunu bildirib: “Sentyabrın 27-də Qaşaltıya olan hücum zamanı Qurbanovlar ailəsindən 5 nəfər ölüb. Oktyabrın 11-də Gəncəyə “Skad” raketinin atılması nəticəsində təxminən 10 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Oktyabrın 17-də Gəncə növbəti dəfə hədəf seçilib. Bu dəfə 6-sı uşaq olmaqla 15 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Bərdəyə oktyabrın 27-də hücum zamanı 7 yaşlı qız daxil olmaqla 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Oktyabrın 28-də Bərdə yenidən hədəf seçilib. Hücum zamanı 21 nəfər ölüb, 90 nəfərdən çox insan yaralanıb. Araşdırdığımız bu 5 əsas hücum zamanı 56 dinc insan ölüb, 200 nəfərdən çoxu isə yaralanıb. 44 günlük müharibə zamanı ümumilikdə 100-ə yaxın dinc insan ölüb. Bizim araşdırmalarımız zamanı səfər etdiyimiz yerlər dinc sakinlərin yaşadığı ərazilər idi, hətta onların çoxu Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın düşən insanlar idi. Biz yaxınlarını itirmiş insanlarla görüşdük. Bizim məqsədimiz ermənilərin törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.”

Şübhəsiz, insanlığın üz qarası olan erməni faşistləri zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi faciə və müsibətlərə, insanlıq əleyhinə yönəlmiş qanlı cinayətlərə görə tezliklə ilahi ədalət qarşısında cavab verəcək və öz layiqli cəzalarını alacaqlar.