KÖŞƏ

Elçin Zaman

Qeybət, lağlağı və təhqir

13 avqust 2020 10:59
5679

Qondarma “Mlli Şura” növbəti dəfə gülüş hədəfinə çevrildi

Xeyli vaxtdır ki, sosial şəbəkələrdə qondarma “Milli Şura”nın onlayn iclaslarının bəzən gülüş doğuran, bəzən isə acınacaqlı vəziyyətə düşdüklərini əks etdirən görüntüləri yayılmaqdadır. Onların son videokonfranslarında isə qondarma şuranın sədri Cəmil Həsənli Amerikadakı koronavirusla mübarizədən danışarkən azərbaycanlıları təhqir etməkdən belə çəkinmir, onları şüursuz adlandırır: “ Sadəcə bizimkilərdən fərqli olaraq burdakı adamlar özləri şüurludurlar.”

Bundan başqa, videokonfrans qeyri-ciddiliyi ilə gündəmə gəlib. Belə ki, Vidadi Mirkamal Rafiq Manafovu görmədiyini bildirib. O isə cavab olaraq ayağında problem olduğunu qeyd edib. V.Mirkamal isə “ ayağını qaldır, ayağını görək” deyərək, qeyri-ciddiliyini ortaya qoyub. Burada yenə də Gültəkin Hacıbəyli “gül vurur” və həmişə olduğu kimi, cins inəklərdən, onların yaşam müddətlərindən danışır. Xatırladaq ki, bir neçə ay əvvəl də onların “videokonfranslar”ında birinci katiblə cins inəyin lətifəsi gündəm mövzu seçilmişdi.

Bu “videokonfrans”da da Vahid Məhərrəmlinin danışığından bir daha aydın olur ki, Əli Kərimlinin trol dəstəsi iş başındadır və dövlətə, ölkənin insanlarına qarşı təhqirlərini davam etdirməklə məşğuldurlar.O deyir ki, bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdınız, plakatlar təşkil olundu. İndi orada kimin statusuna nə qədər layk gəldi, gəlmədi bu, elə də əhəmiyyətli deyil, əsas odu yazdıq.

Qeyd edək ki, qondarma “Milli Şura”nın əvvəlki qondarma və gülüş doğuran konfransları da qeybətxana və küçə adamlarının söhbət meydanını xatırladıb. Məhz əvvəlki konfranslarda Gültəkin Hacıbəyli koronavirus pandemiyasına görə sərtləşdirilmiş rejimin onların xeyrinə işləməsini bildirir: “Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir.”

Qondarma şuranın digər üzvü Rahim Hacıyev isə acınacaqlı duruma düşdüklərini belə ifadə edir: “Heç kim bizi dəstəkləmir, kimin nə dostu- tanışı sanballı müxalifətçilər varsa , onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar.”

Qənimət Zahid isə lap gül vurub: “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı.” Adamlar, özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlər. Nə gündəsiz?

Bəli, bu videokonfrans qondarma “Milli Şura”nın növbəti qeybətxanası idi. Həm də bu çıxışları xalqa, millətə qarşı növbəti nifrətin davamı da adlandırmaq olar. Bu videogörüntülər dağıdıcıların fərsizliklərini və saxta vətənpərvərliklərini olduqları kimi göstərməklə qondarma “Milli Şura”nın ifşasını sürətləndirir. Eyni zamanda, görüntülər təkcə qondarma “Milli Şura”nın siyasi gücsüzlüyünü göstərmir, həm də onların sadəcə söyüş söyməklə, qeybətlə məşğul olduqlarını aşkara çıxarır.

Hətta qondarma qurumun əvvəllər yayımlanan videokonfranslarını izləyəndə də təəssüf edirsən ki, belələri siyasətlə məşğul olmaq iddiasındadırlar.