Zahid Rza |
Bu gün COVID-19-un bəşəriyyəti cənginə aldığı bir dövrdə, eləcə də dünya nizamının sözün əsl mənasında pozulduğu, kataklizmlərin tüğyan etdiyi, sosial-siyasi və iqtisadi böhranların artması fonunda ölkəmizin gündən-günə güclənməsi anti-Azərbaycan qüvvələrin və antimilli ünsürlərin yuxusunu ərşə çəkir, onlara rahatlıq vermir.
Ona görə də ölkədə siyasi və sosial-iqtisadi islahatların dərinləşdiyi, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığı, idarəçilikdə yeni standartların tətbiq olunduğu, Azərbaycanın beynəlxlaq nüfuzunun artdığı, xalq-iqtidar birliyinin daha da gücləndiyi bir vaxtda bu qüvvələr fəallaşaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasını gücləndirirlər.
Son 16 ildə ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulmasından, valyuta ehtiyatlarının dəfələrlə artmasından, eyni zamanda respublikamızın regional nəqliyyat dəhlizinə, logistik mərkəzə, təbii qaz ixracatçısına çevrilməsindən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən vahiməyə düşən, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından, ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən, müstəqil siyasət yürütməsindən narahat olan anti-Azərbaycan qüvvələr, eləcə də onların daxildəki “5-ci kolon”u respublikamızın əleyhinə qara piar kampaniyasını daha da genişləndiriblər.
Təbii ki, cəmiyyətimiz anti-Azərbaycan qüvvələrin və onların əlində maşa olan “sapı özümüzdən olan baltalar”ın, xaricdə məskunlaşan “siyasi mühacirlər”in bu mənfur əməllərinə, çirkin fəaliyyətlərinə ciddi təpki göstətərək onların layiqli cavabını verir. Ağı qaradan seçməyi bacaran ictimaiyyətimiz yaxşı anlayır ki, Azərbaycan əlehydarı güclərin “daxili” qolu olan, dağıdıcılığı “siyasi mübarizə” kimi seçən, ölkəmizin nailiyyətlərini, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilməsini inkar edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, onların yanında-yörəsində fırlanan Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı və digərlərinin sifarişli zoomkonfranslardakı çərənnəmələri, zəvzəklikləri şər-böhtandan, əsassız iddiadan, siyasi populizmdən, əməlləri isə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Siyasi populizm isə kütlələr içərisində heç bir əsası olmayan vədlər, demaqoq şüarlar hesabına şöhrət qazanmaq fəaliyyəti kimi mənalandırılır. Bu cütlüyün, eləcə də onların rəhbərlik etdikləri, AXCP və “Milli Şura”da təmsil olunanların əsas bəlası isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. İctimaiyyətimiz yaxşı bilir ki, antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri intiqant, riyakar Ə.Kərimli, “Milli Şura”nın rəhbəri, siyasi boşboğaz C.Həsənli və onların tör-töküntüləri, əslində anti-Azərbaycan şəbəkənin oyuncaqlarına çevriliblər.
Dünyada idman yarışları arasında ön sıralarda gələn Formula 1-in keçən il Bakıda keçirilməsi ərəfəsində özlərini “siyasətçi”, “müxalifət liderləri” adlandıran bu qaragüruhçuların, milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən xəyanətkarların bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-siyasi cəhətdən özünüdərkə görə şkalanın sıfır nöqtəsində olan, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla, vidadi isgəndərlilərlə işbirliyi içərisində olmaları da hamımıza məlumdur.
Bu gün anti-Azərbaycan dairələrlə işbirliyinə gedərək şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını düşmənin beş-on quruşuna satanlar, “ölkə üçün nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipi ilə davrananlar tezliklə rüsvayçı şəkildə tarix səhnəsindən silinəcəklər.