18 aprel 2025 12:42
125

Rubio: Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə nail olmağa kömək edə bilər

Fransa, Almaniya və Böyük Britaniya Ukraynada münaqişənin həllinə nail olmağa kömək edə bilər.

“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə danışıqlardan sonra Fransanın Le-Burje hava limanında bildirib.

"Danışıqlar çox faydalı və konstruktiv keçdi. Fransa, Böyük Britaniya və Almaniya razılaşmaya nail olmaqda bizə kömək edə bilər", - o qeyd edib.