Əlverişi coğrafi mövqedə yerləşməsi, həmçinin bu potensialın real imkanlara çevirilməsi nəticəsində ölkəmizin regional və beynəlxalq əhəmiyyəti müasir dünyada artmaqdadır. Bu isə ümumilikdə regionun inkişafına müsbət təsir göstərir. Təbii ki, burada qonşu ölkələrlə münasibətlərin yaxşı olması mütləqdir. Nəzərə alsaq ki, Ermənistan yanlış siyasəti səbəbindən həm özünü proseslərdən təcrid etmiş, həm də regionun inkişafını ləngitmişdir.
ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin Ermənistanın yanlış siyasətini ifşa edən fikirləri əslində bu ölkənin siyasi rəhbərliyi üçün dərs olmalıdır. Hazırda bu ölkənin revanş hissi ilə silahlanması region üçün əlavə təhlükələr yaradır. Lakin Azərbaycan istənilən təhdidə qarşı barışmaz mövqe tutacaq və ölkəmizə qarşı hər hansı ziyan vuracağı təqdirdə Ermənistanı ağır formada cəzalandıracaq.
Prezident İlham Əliyev forumda müxtəlif sualları cavalandırarkən bir daha bəyan etdi ki, Azərbaycan beynəlxaq ədalətin tərfdarıdır və dünyada baş verən proseslərə də məhz bu əsasdan yanaşır. Ölkə başçısının Rusiya-Ukrayna münaqişəsi, beynəlxalq təşkilatların fəaliyyəti, eləcə də iqtisadi münasibətlər haqqında fikirlərinə diqqət yetirdikdə deyilənlərin əyani şahidi olmaq mümkündür.
Ölkə başçısının forumdakı çıxışında diqqət çəkən məqamlardan biri də Türk Dövlətləri Təşkilatı haqqında səsləndirdiyi fikirlərdir. Eyni soy-kökə, ümumi ənənələrə sahib olan Türk Dövlətləri Təşkilatı ölkələri arasında heç bir narazılıqların olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev təşkilatın gələcək fəaliyyət istiqaməti üçün öz tövsiyyələrini də bildirdi. Belə ki, Türk Dövlətləri Təşkilatı güclü beynəlxaq fəaliyyət göstərəsə, qlobal məsələlərdə öz sözünü deyərsə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilər. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, Türk Dövlətləri Təşkilatı Avrasıyada qərarların qəbul ediməsi mərkəzinə çevrilməlidir.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi