Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər.
Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:
- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;
- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb