17 sentyabr 2026 18:07
133

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.   

 

Elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. 

 

Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildiriblər.
 
Sonra dövlət təltifləri təqdim olunub. 
 
Qeyd edək ki, sözügedən sərəncama əsasən nazirliyin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin Risklərin idarəolunması sektorunun müdiri Anar Mirzəzadə, Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun baş məsləhətçisi Maral Salmanova, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi Hökümə İbrahimova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. 
 
Əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.