11 sentyabr 2026 13:17
140

Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik - Hikmət Hacıyev

25 il əvvəl Nyu-York şəhərində Amerika Birləşmiş Ştatlarına qarşı dəhşətli və amansız bir terror aktı törədildi. Bu, yalnız ABŞ-yə qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı idi. Biz bu dəhşətli günü xatırlayır, eləcə də günahsız qurbanların xatirəsini yad edirik.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzindəki çıxışı zamanı söyləyib.

H.Hacıyev dünyadakı bütün terror qurbanlarının günahsız olduğunu bildirərək deyib: “Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində terrordan əziyyət çəkmiş ölkədir. Azərbaycanda 32-dən çox terror aktı törədilib. Təəssüf ki, Bakı metrosu 90-cı illərin əvvəllərində metro terrorunun törədildiyi ilk yer olub. Buna görə də, 1990-cı illərin əvvəllərində terrordan və bu cür vəhşiliklərdən əziyyət çəkən ölkə olaraq biz terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdən biriyik. Bir daha 11 sentyabr qurbanlarına və bütün dünyadakı terror qurbanlarına başsağlığı verir və onların xatirəsini ehtiramla yad edirik”.