19 aprel 2025 13:31
130

Dehlidə binanın çökməsi nəticəsində 4 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə dördmərtəbəli binanın uçması nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

“İki sahil” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 02:30 radələrində Dehlinin şimal-şərqindəki Mustafabad bölgəsində baş verib.

Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.

Dağıntılar altından insanların çıxarılması üçün xilasetmə işləri davam edir.