20 aprel 2025 01:29
103

Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib

Almaniyanın Hessen əyalətindəki Bad Nauhaym şəhərində silahlı insident baş verib.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, atışma nəticəsində iki nəfərin güllələndiyi bildirilir. Hadisə ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşı, xüsusi təyinatlılar və helikopter cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.

Silahlı insidentdə iştirak edən şəxslərin axtarışları davam etdirilir. Polis əhaliyə xəbərdarlıq edərək mümkün olduqca evdən çıxmamaları, yollarda tanımadıqları şəxsləri avtomobillərinə mindirmələri barədə xəbərdarlıq edib.