20 aprel 2025 01:01
98

Tramp administrasiyası Moskvanın razılığını əldə etmək üçün...

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün xüsusi elçi Stiv Uitkoffla Rusiya tərəfi arasında növbəti görüş təşkil etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən CNN məlumat yayıb.

“Tramp administrasiyası eyni vaxtda (Avropa və Kiyev nümayəndələri ilə Londonda keçirilən görüşlə – red.) atəşkəs təklifi ilə bağlı Moskvanın razılığını əldə etmək üçün Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffla Rusiya arasında növbəti görüşü planlaşdırır”, - məlumatda deyilir.

Londonda keçiriləcək görüşdə bəzi məlumatlara görə, Vaşinqtonun Krımı Rusiyanın bir hissəsi kimi tanımasını ehtiva edə biləcək mümkün sülh sazişi müzakirə olunacaq.

Xatırladaq ki, aprelin 11-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Uitkoffla görüşüb. Qapalı formatda keçirilən görüşün əsas mövzusu Ukraynadakı vəziyyət olub.