20 aprel 2025 02:10
98

Türkiyədə ağır yol qəzasında 10 nəfər yaralanıb

Türkiyədə mikroavtobus və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 10 nəfər yaralanıb. 

“İki sahil” “Haber Global”a istinadən xəbər verir ki, hadisə ölkənin Kastamonu şəhərində baş verib.

Mikroavtobus qarşı zolaqda hərəkət edən yük maşını ilə toqquşub. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların durumlarının necə olduğu bilinmir.