19 aprel 2025 10:14
127

Türkiyə Jandarma və MİT-i Suriyanda mühüm əməliyyat keçirib

Şanlıurfa Vilayət Jandarma Komandanlığı Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı – MİT) kəşfiyyatçıları ilə Suriyanın şimalında mühüm əməliyyat həyata keçirib.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, PKK/YPG-nin dırnaqarası önəmli fiqurlarından olan, illərdir təxribat fəaliyyətləri ilə məşğul olan şəxsi təslim olmağa razı salıb.

Türkiyədən təşkilata qoşulan və Suriyaya göndərilən terrorçunun ağır silah təlimi keçərək Suriyanın müxtəlif bölgələrinə təyin edildiyi və təşkilatın təxribatçılarından biri olduğu bildirilir.

Həmçinin terrorçunun Suriyada əməliyyat aparılan bölgədə Türkiyə hərbçilərinə hava hücumu həyata keçirmək məqsədi ilə kamikadze PUA istifadəçisi olduğu müəyyən edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”